“Parabank” işçi axtarır | Banco.az

“Parabank” işçi axtarır

“Parabank” “proqramçı” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali təhsilli olmalı (informasiya texnologiyaları sahəsi üzrə təhsil alanlara üstünlük verilir), komandada işləməyi bacarmalıdırlar. Bu sahədə azı 3 illik iş təcrübəsinin olması vacibdir.
Əsas vəzifə öhdəlikləri:
- Proqramların fasiləsiz, problemsiz işləməsi üçün onlara və məlumat bazalarına cari xidmət göstərmək və işçilərə daim təlimlər keçirmək. 
- Bank proqramlarına yeni istifadəçiləri daxil etmək, onların səlahiyyətlərinin müəyyən    edilməsi ilə əlaqədar zəruri işlər görürmək.
- MİS və mühasibatlığın tələblərinə uyğun, bankın bütün strukturlarının  müvafiq proqramlarla təmin edilməsindən iştirak etmək.
- MİS şöbəsinin bankdaxili hesabatlarının ötürülməsi üzrə proseslərin maksimum avtomatlaşdırılmasında yeni sifarişləri həyata keçirmək.
- Əsas bank proqramının məlumat bazalarını vaxtaşırı arxivləşdirmək.
- Yeni tətbiqi proqramlar və modulların alınması üzrə tenderlərin təşkilində iştirak etmək.
- Programların və məlumat  bazalarının  təhlükəsizliyini və icazəsiz istifadədən mühafizəsini təmin etmək , parol siyasətini yerinə yetirmək.
- Müvafiq depatament ilə birgə hər bir bank məhsulu üzrə bank proqramlarından istifadə   prosedurlarını hazırlamaq.
- Daxili prosedurlara uyğun bank programına yeni funksiyaların əlavə edilməsini və yeni   modulların yaradilmasını(alınmasını) təşkil  etmək.
-Məlumat bazasından istifadə etməklə daxili  tələblərə uyğun olaraq hesabat formalarını  hazırlamaq.
- Milli Banka təqdim edilən hesabatların hazırlanmasının avtomatlaşdılmasını təmin etmək.
Maraqlananlar öz CV-lərini sentyabrın 17-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vəzifəninb adı qeyd olunmalıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et