Pandemiyanın daşınmaz əmlak sektoruna gözlənilən təsirləri | Banco.az

Pandemiyanın daşınmaz əmlak sektoruna gözlənilən təsirləri

Rahatemlak.az daşınmaz əmlak portalının təsisçisi – Murad Hacıməmmədov

Daşınmaz əmlaka qoyulan investisiyalar passiv gəlir adlandırılmasına baxmayaraq,bu seqmentə olunan investisiyaların özünü doğrultması üçün aktiv bazar mühitinin olması vacib şərtlərdəndir. Xüsusilə kirayə mənzil investisiyaları pandemiyanın neqativ təsirini ən tez özündə biruzə vermişdir.Aşağıda Covid-19 virusu və pandemiyasının ticari seqmentə daxil olan restoran və ofis seqmenti daşınmaz əmlaklara və kirayə mənzil seqmentinə olan təsirləri haqqında danışacağıq.

Restoran Seqmenti daşınmaz əmlak

Turizmə bağlı olan alış-veriş küçələri; yemək, əyləncə, kinoteatrlar, boulinq salonları və tədbir sahələri tərəfindən dəstəklənən qapalı ticarət mərkəzlərində pul axınının kəskin azalması və eyni zamanda dəyişən tələb səbəbilə sözügedən seqmentin daralması qaçınılmazdır. Gözlənilən, alıcı davranışlarında olacaq dəyişikliklər restoran seqmentində epidemiyadan sonrakı sosial fəaliyyətlərdə planlaşdırma intensivliyinin artması gözləniləndir.Post pandemiya dövründeə insanların öncəlikləri və gündəlik vərdişləri dəyişməsi səbəbilə restoran seqmentində daralma gözlənilir.

Ofis Seqmenti daşınmaz əmlak.Co-working” mərkəzlərinə təlabat artacaq.

Masaüstü işdən uzaq işlərə keçid bir çox müəssisəni orta və uzunmüddətli biznes və iş strategiyalarını yenidən gözdən keçirməyə, xərcləri və riskləri yenidən gözdən keçirməyə, yenidən qiymətləndirməyə təşviq etdi. Bugünə kimi tətbiq olunmayan ,yəni evdən işləmə təcrübəsinin keçən iki ay müddətində davam etməsi şirkət işçi münasibətləri, uzaqdan işləmə mədəniyyəti, effektiv rəqəmsal satış kanallarının yenidən dəyərləndirilməsi işçilərin və işə götürənlərin birgə fəaliyyət, əməkdaşlıq üçün daha əvvəldən öngörülən dəyərlərində yeni nüansları ortaya çıxarmışdır.

Karantin müddətində tətbiq olunan evdən işləmək təcrübəsinin uğurlu sayıldığı fərdi sahibkarlıq subyektləri, müəssisələr həm ofisdə, həm də uyğunlaşdıqları kimi uzaqdan da fəaliyyət göstərə bilirlərsə, tələb olunan aktiv ərazinin həcmi və növü də dəyişməsi tələbini yaradacaqdır. Buna görə əməliyyat xərcləri və marjaları eyni nisbətdə dəyişəcəkdir və prosesin gedişatını müsbət qiymətləndirilərsə, ofis daxilindəki çevik sahələr daha asan qəbul ediləcək və icarə müqavilələri bu məqamda təsirlənəcəkdir.

Uzaqdan işləmə adi vəziyyətə çevrilərsə və müsbət təsir göstərərsə, orta və uzun müddətdə icarəyə götürülən sahələr daralacaq. Bu, doluluq səviyyəsini azaltmağa təsir göstərə bilər. Bu iş sisteminin yerli korporativ şirkətlərin şərti ofis mədəniyyətinə dəyişmə təzyiqi ilə bütün ölkədə yayılacağını gözləyirik.

Bu böhran dövrünün sonunda coworking mərkəzlərinə tələbinin artacağını gözləmək olar. Bununla birlikdə, bu dövrün sonunda, sağlamlıq və təhlükəsizlik prioritetlərinə əsaslanan birgə iş sahələrinin müştərək və əməkdaşlıq şöbələrində sosial məsafə və təcrid dəyişikliklərinin olacağı ehtimal olunur.

Kirayə seqmenti daşınmaz əmlak

Zaman etibarilə ən çox çətinliyi kirayəçilər yaşayacaq. Böyük bir hissəsi günəmuzd işləyən kirayədə qalan vətəndaşların dayanan işləri səbəbilə kirayə məbləğini ödəməmə problemlərinin yaranması qaçılmazdır.

AirBnB kimi qısa müddətli kirayələrdə və xidmət göstərilmiş mənzillərdə çətin proseslər gözləyirik. Ödənişlərdə qarşılaşılacaq problemlər bu risklər arasındadır.

Mənzilə olan tələbin əvvəlcə yalnız maliyyə investisiya qərarları ilə deyil, həm də sosial, mədəni və emosional səbəblərlə qəbul edildiyini nəzərə alsaq, “Covid-19”-un mənzil tələbini aşağı salacağını söyləmək yanlış olmaz. Bu mühitdə mülkiyyətçilər əmlaklarını boş saxlamağa meyl göstərəcəklər və bazara ucuz qiymətə satılanlar əvəzinə normallaşma vəziyyətinə qayıtmasını gözləyəcəklər. Boş qalan əmlaklar icarə dəyərlərinin aşağı düşməsinə səbəb olacaq və qlobal durğunluq davam edərsə, uzunmüddətli perspektivdə əmlak qiymətləri azalacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hər bir kriz eyni zamanda bir fürsətdir

Tələbin birdən birə azalması tikinti şirkətləri üçün qiymət endirimləri etmələrinə və likvidlik ehtiyacı olan tikinti şirkətləri,eyni zamanda  digər biznes nümayəndərinin digər daşınmaz əmlaklarını sürətli satış etmək ehtiyacı yaradacaq ki,bu da satınalma likvidliyi çox olan investorlar və investisya şirkətləri üçün böyük fürsətlər yaradacaqdır. Özəlliklə nəğd pul ehtiyacı yaranan turizm və xidmət sektorunda fəaliyyət göstərən şirkətlərin daşınmaz əmlaklarını nəğd pula çevirmək istəməsi bazarda ciddi fürsətlər yaradacaqdır.

Artıq bir çox korporativ şirkətlər evdən iş prinisipinə uyğun uğurla öz işlərini davam etdirirlər. Normalda 3-5 il sonrası üçün ön gördüyümüz holoqram ilə görüntülü toplantı və görüş kimi tətbiqlərin həyata keçmə müddəti çox daha qısa müddətdə baş vermişdir. Bütün bu baş verən dəyişikliklərin nəticəsi olaraq:

  • Pandemiya böhranının ilk şokundan qurtulanlar İT infrastrukturlarını yeniləyəcəklər.
  • Zoom, Teams kimi yığıncaq infrastrukturları, digitala çevrilmə işləri əhəmiyyət və sürət qazanır və beləliklə sənaye sahələri yeni işləmə qaydalarına tez uyğunlaşmaları onların daha az zərərlə pandemiyanı keçmələrini dəstəkləyəcək.
  • Korona şoku sonrasında home ofis yerini yeni növ iş mərkəzlərinə buraxacaqdır.
  • İqtisadi cəhətdən təsirlənən şirkətlər, mövcud kvadrat metrləri ehtiyat tədbirlərinə uyğun olaraq azaltmağa gedəcəklər.Bu eyni zamanda mənzil seqmentində istək və ehtiyacların dəyişməsinə gətirən amillərdəndir. Evin bir otağını home ofis kimi istifadə etmək istəyi movcud yaşanılan ev və məzillərin bir otaq sayı çox olanı ilə dəyişilmə təlabatı yarada bilər.

Pandemiya iki aylıq bir müddəti əhatə etdiyinə görə bazar iştirakçıları və alıcıların dvranışlarına təsir etməsi mümkün gözləntilər içəsisindədir. Alicı davranışlarının dəyişməsi daşınmaz əmlak bazarında yeni tələb və təklif tendensiyasını yaradacaqdır.

Ardı var...

Növbəti yazıda

Daşınmaz əmlak bazarında postpandemiya dövründə dəyişəcək alıcı davranışları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et