Pandemiyadan sonrakı dövrdə rəqəmsal marketinqin yüksəlişi | Banco.az

Pandemiyadan sonrakı dövrdə rəqəmsal marketinqin yüksəlişi

Tamara Mustafayeva, Banco.az

GlobalWebIndex araşdırma şirkəti tərəfindən həyata keçirilən bir araşdırmaya görə, işçilərin 23%-i evdən daha uzun müddət işləmək istədiklərini bildirib. Araşdırmanın nəticələrinə görə, məsafədən iş rejiminin geniş yayılması ilə birlikdə rəqəmsal marketinqin rolu artacaq və müəssisələr marketinq fəaliyyətlərini daha çox rəqəmsal istiqamətə yönləndirəcəklər.

Rəqəmsal sferaya yatırım edən qazanır

Dünyanın aparıcı konsaltinq şirkəti olan McKinsey tərəfindən yayımlanan yeni normativ rejimdə müştəri məmnuniyyəti ilə əlaqədar həyata keçirilən araşdırmaya əsasən, bütün müəssisələrdə koronavirus pandemiyasının dəyişən istehlakçı davranışlarına təsirinin birbaşa təzahürü kimi iş modellərinin rəqəmsallaşdırıldığı məlum olur. Sözügedən araşdırma pandemiya dövründə rəqəmsal marketinq üzrə sərmayə qoyuluşuna üstünlük verən şirkətlərin müştəri sədaqəti baxımından xeyir götürəcəyinə diqqət çəkir.

İstehlakçılar alış-verişə sərf etdikləri vaxtın 60%-ni internetdə keçirir

Google və Ipsos tərəfindən həyata keçirilən Qlobal Pərakəndə Araşdırmasına görə, istehlakçıların alış-verişə sərf etdikləri vaxtın 60%-ni internetdə keçirdikləri məlum olub.

Pərakəndə sektoru rəqəmsallaşır

Ən sərfəli kredit üçün müraciət et

COVID-19 böhranı əsnasında təcrübə baxımından digər ölkələrə nəzərən bir neçə həftə irəlidə olan Çin nümənəsinə yer verilən araşdırma bu ölkədə istehlakçı xərclərinin hələ də normallaşmadığına diqqət çəkir. Pərakəndə satış əməliyyatlarının 20-50% azaldığı Çində pərakəndə satış mağazalarındakı hərəkətlilik rəqəmsal sferaya doğru istiqamətlənərkən rəqəmsal kanalların etibarlılığı da gün keçdikcə artır.

Həmçinin oxu: Bu dövrdə şirkətlərin marketinq strategiyaları necə olmalıdır? – Mühüm tövsiyələr

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram