Pandemiyadan sonra varlılar daha çox pul xərcləyəcək | Banco.az

Pandemiyadan sonra varlılar daha çox pul xərcləyəcək

Tamara Mustafayeva, Banco.az

McKinsey Qlobal İnstitutu istehlak vərdişlərinin pandemiyadan sonrakı mənzərəsi ilə bağlı apardığı araşdırmanın nəticələrini yayımlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, istehlakda sosial bərabərsizliyin güclənəcəyini proqnozlaşdıran təşkilat varlıların xərclərinin artacağını, kasıbların xərclərinin isə pandemiyadan əvvəlki səviyyədən belə geriləyəcəyini bildirib.

McKinsey Qlobal İnstitutunun ABŞ, Çin, Fransa,  Almaniya və İngiltərə olmaqla ümumilikdə beş ölkədə pandemiyanın istehlakçı xərclərinə necə təsir göstərdiyini dəyərləndirdiyi hesabata görə, post-pandemiya dövründə istehlakçı xərclərinin böyük bir qismi yüksək gəlirli ailələrin payına düşəcək.

Aşağı gəlirli ailələr isə işsizlik və gəlir bərabərsizliyindən əziyyət çəkəcəklər. Hesabata görə, işgüzar sferanın artan qeyri-müəyyənliyi və stimul paketlərinin verilməsinin dayandırılması ilə aşağı gəlirli ailələrin xərcləri pandemiyadan əvvəlki dövrdə olduğundan daha da azalacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram