Pandemiyadan sonra ifrat yoxsulluq səviyyəsi kəskin artacaq | Banco.az

Pandemiyadan sonra ifrat yoxsulluq səviyyəsi kəskin artacaq

Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatının həyata keçirdiyi bir araşdırmaya görə, koronavirus pandemiyasından sonra dünya üzrə daha 400 milyon insan "ifrat yoxsulluq" səviyyəsinə çata bilər.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sözügedən yoxsulluq səviyyəsinin, əsasən, Cənubi və Şərqi Asiya ərazisinin payına düşəcəyi ehtimal edilir.

Ən pis halda, adambaşına düşən gəlir 20% azalacaq. Bu isə bir günə 1.90 dollardan daha az gəlirlə yaşayan insan sayının 1 milyardı keçəcəyinə işarədir. Dünya əhalisinin yarısından çoxunun da gündəlik qazancının 5.5 dollardan aşağı düşəcəyi proqnozlaşdırılır.

Hesabatı hazırlayan Andy Sumner bildirib ki, "Əgər hökumətlər yaxın zamanda lazımi tədbirlər görməsə və yoxsulların gündəlik gəlir itkisini kompensasiya etməsə, dünyanın ən yoxsul təbəqəsinin vəziyyəti daha da çətinləşəcək. Bu vəziyyətin isə yoxsulluğun aradan qaldırılması üçün görülən tədbirləri 20-30 il geri salacağı ehtimal edilir."

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Pandemiya dövründə milyonlarla insan işini itirdi, milyarderlər isə varlandı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et