Pandemiya hansı bölgələrin turizminə daha çox təsir göstərdi? | Banco.az

Pandemiya hansı bölgələrin turizminə daha çox təsir göstərdi?

Tamara Mustafayeva, Banco.az

Ümumdünya Turizm Təşkilatı (UNWTO) yeni növ koronavirus infeksiyası səbəbilə aprel ayı ərzində dünya üzrə turist sayında ötən illə müqayisədə 97% geriləmə olduğunu bildirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, baş qərargahı İspaniyanın paytaxtı Madrid şəhərində yerləşən Ümumdünya Turizm Təşkilatı Covid-19 pandemiyasının turizm sənayesinə təsiri ilə bağlı yeni məlumatlar açıqlayıb.

Təşkilat 2019-cu ilin göstəriciləri ilə müqayisə apardığı bu məlumatlarda dünya üzrə turist sayında mart ayı ərzində 55%, aprel ayı ərzində isə 97% azalma olduğunu bildirib.

Aprel ayı ərzində ötən illə müqayisədə dünya üzrə səyahət edənlərin sayında 180 milyon nəfər azalma yaşandığını vurğulayan Ümumdünya Turizm Təşkilatı bu vəziyyətin turizm gəlirlərinə təsirinin təqribən 195 milyon dollar olduğunu da əlavə edib.

Məlumatda qeyd edilən digər maddələrə görə, yanvar-aprel ayları aralığında dünya üzrə turizm sənayesinin ən çox zərər çəkdiyi ərazilər 51%-lik geriləmə ilə Asiya və Sakit Okean bölgəsi olub.

Asiya və Sakit Okean bölgəsini Avropa (44%), Orta Şərq (40%), Amerika (36%) və Afrika (35%) izləyib.

Xatırladaq ki, Ümumdünya Turizm Təşkilatı may ayının əvvəllərində etdiyi açıqlamada səyahət məhdudiyyətlərinin ləğv edilməsi tarixləri ilə əlaqədar olaraq 2020-ci ildə dünya üzrə turist sayında 58-78% azalma olacağını proqnozlaşdırmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

Dünya turizm sənayesinin bu il 910 milyard-1.2 trilyon dollar aralığında gəlir itkisi yaşayacağını da təxmin edən Təşkilat bunun turizm sənayesi ilə birbaşa bağlı olan 100-120 milyon işçi üçün risk faktoru təşkil etdiyini də bildirmişdi.

Odur ki, Təşkilat bu yeni açıqlamasında dünya turizm sənayesinin yenidən canlanmasınadək ölkələrin və beynəlxalq aidiyyətı təşkilatların sektorla əlaqədar şirkətlərə və işçilərə "dəstək" göstərmələri ilə bağlı çağırışını təkrarlayıb.

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et