Palata sığorta brokerində nöqsanlar aşkarlayıb | Banco.az

Palata sığorta brokerində nöqsanlar aşkarlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta agentlərinə xəbərdarlıq edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqlarının qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.

Bu barədə Oxu.Az-a Palatadan bildirilib. 

MBNP özünün mandatı çərçivəsində “Odlar Yurdu Sığorta Brokeri” MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirib. 

Yoxlama nəticəsində sözü gedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tələblər formalaşdırılmış və “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə təqdim edilib.

Bundan əlavə, MBNP digər sığorta vasitəçiləri tərəfindən qanunvericilik tələblərinə riayət edilməsi istiqamətində həyata keçirdiyi monitorinqləri davam etdirir. 

Monitorinqlərin nəticəsi olaraq, yüzə yaxın fiziki şəxs sığorta agentlərinə təqdimatlar verilib və onlar tərəfindən qanunvericilik tələblərinin təkrarən pozulması halları aşkar edildikdə, sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv olunacağına dair xəbərdarlıq edilib.

Ən sərfəli krediti almaq üçün müraciət et