Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) Azərbaycanın kommersiya bankları və sığorta şirkətlərinin problemlərini müzakirə etmək üçün qeyri-formal Məşvərət Şurası fəaliyyət göstərir. Bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.
Onun sözlərinə görə, Şurada mütəmadi olaraq bank və sığorta şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilir: “Bu görüşlər işgüzar xarakter daşıyır. Biz mövcud problemlərlə bağlı öz baxışlarımızı rəhbər şəxslərə çatdırırıq, onlarla narahatlıq doğuran məqamları müzakirə edirik. Sonuncu belə görüş keçən həftə baş tutub”.
Mənbə: Report.az