Müəllif: Tamara Mustafayeva, Banco.az
Pakistan Rusiyadan 300 min ton buğda idxal etməyə hazırlaşır.
Banco.az xəbər verir ki, gəlir və maliyyə naziri İshak Darın başçılıq etdiyi İqtisadi Koordinasiya Komitəsi Rusiyadan buğda idxalı planını təsdiqləyib.
Bu plana görə, Pakistan Rusiyadan 300 min ton buğda idxal edəcək.
Pakistanın Rusiyadan alacağı buğdanın hər tonuna 372 dollar ödəyəcəyi bildirilir.
Daşınmanın 1 noyabr-15 yanvar tarixləri aralığında baş tutacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!