P2P (peer to peer) nədir? P2P iqtisadiyyatı, P2P sığorta və P2P borclar | Banco.az

P2P (peer to peer) nədir? P2P iqtisadiyyatı, P2P sığorta və P2P borclar

P2P (peer to peer) azərbacancada hələki qarşılığı olmayan bir ifadədir. İnternet vasitəsilə, üçüncü şəxsə ehtiyac olmadan, tərəflərin bir araya gəlməsinə şərait yaradan sistemdir. Sənədlərin və faylların sistemlərarası şəbəkədə yerləşdirilməsi ilə, mərkəzi serverə ehtiyac oladan çalışan bu system müştərilərlə təhcizatçıları birləşdirir. Başqa bir izahla isə, P2P alıcıların və satıcıların heç bir vasitə olmadan qarşılıqlı əlaqəsini təmin edərək, üçüncü şəxsə olan ehtiyacı aradan qaldırır. Məhz bu sistemə bəzən P2P iqtisadiyyatı da deyilir. P2P iqtisadiyyatı ənənəvi kapitalizmin alternativi olaraq qəbul edilir. Lakin kapitalizmdən fərqli olaraq, burda müştərilərlə alıcıları birləşdirən araçı şəxsin iştirakına ehtiyac olmadığı üçün, xərclər aşağı düşür və effektivlik artır. Uber, Airbnb kimi şirkətlər P2P-nin tətbiqinə nail olmuş şirkətlər sayılır. İnnovativ bizneslər üçün inanılmaz şəraiti yaradan P2P, internet və texnologiyanın tətbiqi ilə işləri olduqca ucuzlaşdırır və asanlaşdırır.

P2P Sığorta

P2P sığorta riskin bölüşdürüldüyü bir şəbəkədir. Bu şəbəkədə riskə qarşı sığorta premiumlarını investisiya edən fərdlər birləşir. “Sosial sığorta” olaraq da adlandırılan P2P sığorta, ənənəvi sığortaçı ilə, sığorta olunan arasındakı konfliktləri aradan qaldırır. Maliyyədə az xərcli, daha əlçatan servislərə tələbat, fintech şirkətlərini hərəkətə gətirdi. İnsurtech (Texnologiya və sığortanı ənənəvi üsullar üzərindən yenidən yaradan metod) adlanan texnoloji sığorta innovasiyası, daha ucuz qiymətə sığorta imkanları təqdim edir.

P2P vs Ənənəvi sığorta

İş, hobbi, tibbi vəziyyət kimi göstəricilər sığorta premiumunu müəyyən etmək üçün istifadə olunur. Premium şəxslərin sığorta xərclərini, hətta zərərdəymə halları olsa belə, zərəri qarşılamaq üçün istifadə olunur.  P2P aşağıdakı xüsusiyyətlərinə görə ənənəvi sığortadan seçilir:

  • P2P bir-birinin zərərini ödəyəcək olan qruplardan təşkil olunur. Burda fərdlərin deyil, qrupun risk profili nəzərə alınır. Bütün proses şəffafdır. Bu səbəbdən saxtakarlıq, yayınma ehtimalı çox azdır.
  • Əgər sığorta edən tərəf öhdəliklərini yerinə yetirməzsə, qrupun digər nümayəndələri var. Eyni hal sığorta premiumlarında da doğrudur. Qrupun digər üzvləri premiumların əksik qalanını ödəyə bilər.

P2P Borclar

Ən sərfəli kredit üçün müraciət et

Sosial borc vermə” olaraq da tanınan bu metod, fərdlərə üçüncü tərəf olmadan borc vermək və almaq şansı verir. Necə ki, eBay öz əməliyyatlarında alıcı və satıcılar arasında olan araçı şəxsi ləğv etdi.  P2P borc verən şirkətlər, (Zopa, Prosper) bank və kredit birliklərinin də fəaliyyətini öz təsiri altında qoyur. P2P borcların verilməsini və qaytarılmasını sürətləndirir, amma ənənəvi bank üsullarından daha risklidir.

P2P Borc Vermənin xarakteristikası:

  • Borc verənlər daha az xərclə, bankların təklif etdiyi faiz dərəcəsinə yaxın faizlə, daha çox gəlir götürürlər.
  • Bəzi insanlarda banklara qarşı qərəz vardır və banklardan qaçır. Həmin müştərilər üçün P2P əvəzedilməzdir.
  • P2P saytlar tez-tez aktiv forumlar təşkil edir. P2P-də insanların hüquqları müzakirə olunur.
  • Əksər borc verənlər kimə borc verdiklərini bilmir. Pulun nə zaman qaytarılacağı, qaytarılıb-qaytarılmama riski heç kimə məlum deyil. Bu səbəbdən də olduqca riskli olan bu sistem, sərfəli olduğu qədər zərərə də səbəb ola bilir.

Hələ də P2P-yə qoşulmamısınızsa, sizə lazım olan iki şey var.

1) İnternetə çıxış

2) Kazaa, Limewire, BearShare, Morpheus və ya Acquisition kimi tətbiqlərdən biri

Bir dəfə qoşulduğunuz andan etibarən, digərlərinin kompyuterlərində olan fayllara, sənədlərə, istənilən informasiyaya çıxışınız olacaq. Eyni zamanda, digərlərinin də sizin kompyuterinizdə yaratdığınız xüsusi qovluğa. P2P işləri asanlaşdırır, düzdü, amma qanunsuz işlər, piratçılıq üçün təhlükəli olan P2P sistemi ilə diqqətli olun. “Spyware” kimi casus uyğulamaları da sistemə girə bilir. Sizinlə bağlı olan məlumatları, şəxsi informasiyaları əldə etmək P2P şəbəkədə çətin deyil.  Casus təhlükəsindən daha təhlükəlisi viruslar da P2P sistemin mənfi cəhətlərindən sayılır. Kazaa, Benjamin kimi viruslar məhz burda yayılmışdı.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et