Özəl sektor üzrə vergi daxilolmaları artıb | Banco.az

Özəl sektor üzrə vergi daxilolmaları artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsi üzrə vergi daxilolmaları 1 076,7 milyon manat təşkil edib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,9% çoxdur.

Bundan başqa, nazir qeyd edib ki, son 1 ildə neft sektorundakı subpodratçıların vergiləri istisna olmaqla, özəl sektordan vergi daxilolmaları 51,9% artaraq 939,8 milyon manata çatıb.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et