Özbəkistan Mərkəzi Bankının (ÖMB) İdarə Heyəti uçot dərəcəsinin 16% səviyyəsində saxlanılmasına qərar verib.
Bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Tənzimləyici qurum qərarını pul-kredit siyasətini dəyişmək istəməməsi ilə izah edib. Xatırladaq ki, Özbəkistanda uçot dərəcəsi ötən il sentyabrın 22-də 14%-dən 16%-a qaldırılıb. Əvvəlki uçot dərəcəsi 2017-ci ilin iyun ayından qüvvədə olub.
ÖMB bu ilin yekununda ölkədə qiymət artımının 13,5-15,5% civarında dəyişəcəyini proqnozlaşdırır. Bu rəqəm ötən ilin yekununda 17,5% təşkil edib.
Bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu bəyan edib ki, 2019-cu ildə Özbəskitanda inflyasiya sürətlənə bilər. Maliyyə qurumunun ekspertləri fikrini ölkədə enerji daşıyıcılarının, sosial sahədə əmək haqlarının və vergilərin artırılması ilə izah edib.
Report.az