Özbəkistanda daha bir sərbəst iqtisadi zona yaradılıb | Banco.az

Özbəkistanda daha bir sərbəst iqtisadi zona yaradılıb

Ölkənin Ədliyyə Nazirliyinin mətbuat ofisinin açıqlamasında bildirilib ki, Prezident Şevket Mirziyoyev Qaşqadərya şəhərində Çıraqçı Sərbəst İqtisadi Zonasının yaradılması ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, zonada əlavə dəyəri yüksək olan, müasir texnologiyalarla işləyəcək və ixracat yönümlü istehsal müəssisələrinin açılması təşviq olunacaq. Bu müəssisələrə yerli və xarici sərmayələrin cəlb edilməsi nəzərdə tutulur.

Çıraqçı Sərbəst İqtisadi Zonasında qurulan müəssisələr 10 ilə qədər vergi və gömrükdən azad ediləcək. Zonanın fəaliyyəti ilk mərhələdə 30 il müəyyənləşdirilsə də, bu müddət uzadıla da bilər.

Ən sərfəli kredit üçün müraciət et

3 milyon dollara qədər sərmayə qoyan şirkətlər 3 il; 5 milyon dollara qədər sərmayə qoyacaq şirkətlər 5 il; 10 milyon dollardan artıq sərmayə qoyan şirkətlər isə 10 il müddətində bütün vergilərdən və gömrük rüsumlarından azad edilib. Sərbəst İqtisadi Zonada açılacaq müəssisələr idxal edəcəkləri xammal, avadanlıq və ehtiyat hissələr üçün də gömrük vergisi ödəməyəcək.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et