Özbəkistanda benzin və dizel yanacağına aksiz vergisi artırılır | Banco.az

Özbəkistanda benzin və dizel yanacağına aksiz vergisi artırılır

Gələn il aprelin 1-dən etibarən Özbəkistanda yekun istehlakçıya satılan benzin, dizel yanacağı, maye qaz və sıxılmış qaza tətbiq olunan aksiz vergisi dərəcəsi artırılacaq.

Bu, yaxınlarda Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev tərəfindən imzalanan "2020-ci ilin dövlət büdcəsi haqqında" qanundan irəli gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Belə ki, benzin, dizel yanacağı və maye qaza tətbiq olunan aksiz vergisi dərəcəsi 22,9%, sıxılmış qaza isə 14,9% səviyyəsində indeksləşdiriləcək.

Bundan əlavə, 2020-ci ildə alkoqol və tütün məhsullarına aksiz vergi dərəcələri iki dəfə artacaq.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et