Öz markasını yaratmaq istəyənlər bunları mütləq bilməlidir! | Banco.az

Öz markasını yaratmaq istəyənlər bunları mütləq bilməlidir!

  • Amazon jurnalının qurucusu və CEO-su Cef Bezosun dediyi kimi şəxsi brend “siz otaqda olmadığınız zaman sizin haqqınızda danışılanlardır.”
  • İnternetdə öz adımızı qorumaq və axtarış edənlərə haqqımızda lazımi və bizim istədiyimiz məlumatları təqdim etmək öz əlimizdədir.

Gəlin, birlikdə şəxsi brendimiz üçün edə biləcəklərimizə nəzər salaq.

Coffee-filled Cup on Saucer Beside Macbook and Iphone on Desk

Adımız

Adımız şəxsi brendimizdir, əgər bunu internet aləmində doğru idarə edə bilməsək, qarşımıza xoşagəlməz nəticələrin çıxması da qaçınılmaz olar.

Şəxsi brendləşmənin məqsədi internet resurslarında sizi axtarışa verən şəxslərin haqqınızda “düzgün informasiya” əldə etməsini təmin etməkdir.

Sosial media

İstifadə etmək istədiyiniz hər bir sosial şəbəkəyə öz adınız və soyadınız ilə daxil olun. Bəzi şəbəkələr sizə qeydiyyatdan keçərkən təsadüfi URL verə bilər, lakin bunu adınızla daxil olaraq parametrlər bölməsindən asanlıqla dəyişdirə bilərsiniz.

İnternetdə özünüzə məxsus domenə sahib olun

Əgər mümkündürsə, adınız və soyadınız ilə bir domen satın alın, bununla həm onlayn portfolio hazırlaya bilər, həm də şəxsi brendinizə sərmaye qoymuş olarsınız.

Onlayn domeninizi qoruduğunuza görə indi şəxsi brendiniz üçün çalışa bilərsiniz.

  • Sizi siz edən hansı göstəricilərdir, özünüzü nə zaman həqiqətən “olduğunuz” kimi hiss etmisiniz və həmin anda nə işlə məşğul idiniz?
  • Dəyərləriniz nələrdir və orijinal siz kimsiniz?

Sizin üçün dəyərli olan nə varsa qeyd edin, ailə, azadlıq, cəsarət, dürüstlük, hüzur, peşəkarlıq və s. Bu siyahı sizin istəyinizə uyğun olaraq davam edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

  • Hansı işlə məşğul olmaq sizi həyəcanlandırır.

Səyahət, texnologiya, dizayn, fotoqrafçılıq, sahibkarlıq...

İnandığınız 5 nəfərin fikrini soruşun

Sizin 5 güclü xarakterik xüsusiyyətiniz hansılardır? Əmin olun ki, fərqli və maraqlı cavablar alacaqsınız.

Təcrübələr

Özünü karyeranızın hansı mərhələsində daha uğurlu və o işi görməkdən məmnun hiss etmisiniz?

Bütün dünyaya sevdiyiniz işlə məşğul olarkən görə biləcəkləri sizi tanıdın, çünki sizin işə götürülmə və ya məhsuldar olma səbəbiniz məhz budur.

Hədəflərinizi göstərin

Beş il deyil 1-3 il üçün həm şəxsi həyatınızda, həm də karyeranızda nə etməyi planladığınızı göstərməlisiniz.

1-3 il içində özünüzü harada gördüyünüzü peşəkar dildə yazın və sosial media hesablarınız da bu istiqamətdə olmalıdır.

Və təbii ki hədəf auditoriyası

Hədəf auditoriyanız kimlərdir? Sizi hansı işlə məşğul olarkən tanımalarını istəyərsiniz, haqqınızda nələri bilməlidirlər?

Bu məlumatları onlara siz verməlisiniz...

LinkedIn profilinizi üçüncü şəxsin adından yazmalısınız, nümunə üçün Cef Veynerin profilinə göz gəzdirin. Profil şəklinizin peşəkar görünüşlü olmasını isə artıq bilirsiniz.

Həmçinin oxu: Hansı ölkədə ÖZ İŞİNİ QURMAQ daha asandır?

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç