Oxuculardan gələnlər 002 | Banco.az

Oxuculardan gələnlər 002

Oxuculardan gələn növbəti suallardan biri kredit almaq üçün bankların tələb etdiyi iş stajı ilə bağlıdır. 

Sual: Kredit götürmək üçün minimum nə qədər iş stajı olmalıdır?

Cavab: İş stajı kredit almaq üçün bankların müştərilərə qoyduğu tələblərdən biridir. Bu müddət bankdan asılı olaraq 6-12 ay arasında dəyişir. 

Bir neçə yerdə işlədiyiniz halda isə ümumi iş stajı tələbi ödənilməklə, sonuncu iş yerindən 3-6 ay iş stajınız olmalıdır. Lakin unutmaq lazım deyil ki, iş yerinin dəyişilməsi arasındakı müddət bir çox hallarda fasiləsiz olmalı və ya bəzən isə fasilə 10 gün - 1 ay müddətində ola bilər.

Bankların hər birinin kredit verməsi üçün tələb etdiyi stajın müddətini buradan öyrənə bilərsiniz.

Həmçinin bax: Oxuculardan gələnlər 001

Ən sərfəli kredit üçün müraciət et

Siz də öz suallarınızı Banco.az-ın aşağıda qeyd olunan sosial şəbəkələrindən göndərə bilərsiniz :)

Tərlan Qəhrəmanova

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et