Banco.az bu bölmədə siz oxuculardan gələn sualları və onların cavabları yer alacaq.
Ən çox gələn suallardan biri olan "Zaminliyi olana kredit verilirmi?" sualı ilə sual-cavab rubrikasını başlayırıq.
Cavab: Zamin duran şəxs zaminlik müqaviləsi bağladıqda, artıq borcalanın götürdüyü kreditə görə nəinki gəlirləri, həm də əmlakı ilə məsuliyyət daşıyır. Bu səbəbdən zaminin kredit götürməsi onun gəlirindən və zamin durduğu şəxsin götürdüyü kreditin məbləğindən asılıdır. Həmçinin, zamin duran şəxsin kredit tarixçəsinin də müsbət olması vacibdir. Əgər borcalan kredit ödənişini gecikdirər və ya ödəməzsə, bu halda da zaminin kredit tarixçəsi də mənfi olaraq qiymətləndirilir. Bu isə zaminin daha sonra kredit əldə etməsində məhdudiyyətlər yarada bilər. Əgər yuxarıda qeyd olunan məqamlarla bağlı bankın kredit mütəxəssisləri müsbət qiymətləndirmə apararsa, zamin duran şəxsin kredit götürməsində heç bir maneə yoxdur.
Əlavə olaraq, zaminlik haqqında daha aydın və ətraflı başa düşmək üçün Mərkəzi Bankın "Maliyyə savadlılığı" layihəsi çərçivəsində hazırlanan videonu izləyə bilərsiniz.
Siz də öz suallarınızı Banco.az-ın aşağıda qeyd olunan sosial şəbəkələrindən göndərə bilərsiniz :)
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!