Ötən il Kapital Bankın vergidən öncəki mənfəəti bir il ərzində 96,81% artaraq, 82, 034 mln manat olmuşdur. Bu haqda Banco.az portalı Bankın maliyyə hesabatlarına istinad edərək yazır.
2014-cü ilin sonuna olan göstəricilərə əsasən, Bankın cəmi aktivlərinin həcmi 30,92% artaraq 1 380, 077 mln-a çatmışdır. Bankın cəmi kredit portfelinin həcmi isə 16,44% artaraq 905,109 mln təşkil edib. Bankın aktivlər üzrə ayırdığı məqsədli ehtiyatların həcmi isə əksinə 50,09 % azalaraq 44,179 mln-a enib. 2013-cü ildə Bankın məqsədli ehtiyatlarının həcmi 88,525 mln olmuşdur.
Ötən il Bankın depozit portfelində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, bankın müştərilər qarşısında öhdəliklərinin həcmi 33,20% artaraq 564,542 mln manata çatıb.
Bankın cəmi kapitalında artım isə 60,40% olub və bu rəqəm hazırda 285,233 mln manata bərabərdir.
Bankın gəlirlərində artım isə daha çox nəzərə çarpan olmuşdur. 2013-cü cü ilin sonu ilə müqayisədə Kapital Bankın faiz gəlirlərində artım 99,09% olub. Bankın faiz gəlirlərinin miqdarı 124,998 mln, qeyri-faiz gəlirlərinin miqdarı isə 74,944 mln olmuşdur. Bankın faiz xərcləri 24,10%, qeyri-faiz xərcləri isə 51,39% artmışdır.
Daha ətraflı şəkildə diaqramda izləyə bilərsiniz.