Ötən il zənginlər avtomobil almağa pul xərcləməkdən çəkinməyib | Banco.az

Ötən il zənginlər avtomobil almağa pul xərcləməkdən çəkinməyib

​Müəllif - Aida İsaq, Banco.az

2022-ci ildə 500.000 dollardan çox qiymətə satılan avtomobillərə təlabat rekord səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, bu barədə “Rolly-Royce” şirkətinin baş direktoru Torsten Muller Otvos bildirib. Şirkət rəhbəri ötən ildə satışların ilk dəfə olaraq 6000-ni keçdiyini vurğulayaraq, satışlarda hər hansısa daralma və ya yavaşlamanın qeydə alınmadığını bildirib.

Rolls-Royce ötən ildə 2021-ci illə müqayisədə 8 faiz artımla 6 min 21 avtomobil tədarük edib. 2022-ci ildə satılan avtomobillərin orta qiyməti isə 534 min dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et