Müəllif: Gülnar Əhmədli, Banco.az
Xorvatiya 2025-ci ildə Azərbaycandan 666 milyon 587 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Xorvatiyanın idxal etdiyi neftin həcmi isə 1 milyon 255 min 21 ton təşkil edib.
Xorvatiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilə nisbətdə 206 milyon 812 min dollar və ya 23,7%, miqdarı isə 181 min 157 ton və ya 12,6% azalıb.
Qeyd edək ki, ötən il Xorvatiya Azərbaycanın 3-cü əsas neft idxalçısı olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (13,1 milyon ton) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
