Ötən il Türkiyənin turizm gəlirləri 50 faizdən çox artıb | Banco.az

Ötən il Türkiyənin turizm gəlirləri 50 faizdən çox artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci ildə Türkiyənin turizmdən əldə etdiyi gəlir 53,4 faiz artım göstərib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən “Turizm Statistikası, IV Rüb: Oktyabr-Dekabr və İllik” 2022-ci il məlumatları dərc edilib.

Buna görə, oktyabr, noyabr və dekabr aylarını əhatə edən IV rübdə Türkiyə turizmdən əvvəlki ilin eyni dövrünə görə 22,2 faiz daha çox olmaqla 11 milyard 347 milyon 206 min dollar gəlir əldə edib. Bu gəlirlərin 15,3 faizi Türkiyəyə səfər edən xarici turistlərin payına düşüb.

Bu rübdə edilən xərclərin 8 milyard 274 milyon 401 min dollarını şəxsi xərclər, 3 milyard 99 milyon 806 min dollarını isə turpaket xərcləri təşkil edib.

Turizm gəlirləri 2022-ci ildə əvvəlki ilə görə isə 53,4 faiz artaraq 46 milyard 284 milyon 907 min dollara çatıb. Bu ilki gəlirin 34 milyard 477 milyon 12 min dollarını şəxsi xərclər, 11 milyard 807 milyon 895 min dollarını isə turpaket xərcləri təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Türkiyədən gedən ziyarətçilərin sayı da 2022-ci ilin 4-cü rübündə əvvəlki ilin eyni rübünə nisbətən 32,4 faiz artaraq 11 milyon 978 min 111 nəfərə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et