Ötən il sığorta haqlarının 67 faizi könüllü, 33 faizi icbari sığorta növlərinin payına düşüb | Banco.az

Ötən il sığorta haqlarının 67 faizi könüllü, 33 faizi icbari sığorta növlərinin payına düşüb

2019-cu ildə toplanmış sığorta haqları 2018-ci ilə nəzərən 6.4 faiz azalaraq 681.5 milyon manat təşkil edib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, sığorta ödənişlərində isə artım müşahidə olunub, sığorta ödənişləri 25.2 faiz artaraq 301 milyon manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta bazarında könüllü növlərin payı üstünlük təşkil edib. Hesabat ilində sığorta haqlarının 67 faizi (456 milyon manat) könüllü, 33 faizi ( 225 milyon manat) isə icbari sığorta növlərinin payına düşür.

2018-ci illə müqayisədə könüllü sığorta növləri üzrə 15 faiz (81 milyon manat) azalma, icbari sığorta növləri üzrə isə 18 faiz ( 34 milyon manat) artım qeydə alınıb.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et