Qızılın qiyməti ucuzlaşıb | Banco.az

Qızılın qiyməti ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya bazarlarında qızılın qiyməti bazar ertəsi günü aşağı düşüb. Buna neftin bahalaşması fonunda inflyasiya ilə bağlı narahatlıqların artması və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi səbəb olub.

Banco.az xəbər verir ki, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4334,31 dollara düşüb. ABŞ qızıl fyuçerslərinin qiyməti isə 0,8% azalaraq 4375 dollar təşkil edib.

Ötən həftə ABŞ-da açıqlanan inflyasiya göstəriciləri FED-in faiz dərəcələrini artıracağına dair gözləntiləri daha da gücləndirib. Avqust ayında istehlak qiymətlərinin artması və əsas inflyasiya göstəricilərinin son dörd ayın ən yüksək səviyyəsinə çatması investorların diqqət mərkəzində olub.

İnvestorlar FED-in bu həftə keçiriləcək iclasında faiz dərəcəsini artırmaq ehtimalını 86,5% qiymətləndirirlər. Bu göstərici ötən həftə inflyasiya məlumatları açıqlanmazdan əvvəl təxminən 67% idi.

Digər qiymətli metallarda isə spot gümüşün qiyməti 0,7% azalaraq bir unsiya üçün 64,02 dollara düşüb. Platin 1796,90 dollara, palladium isə 1298,80 dollara satılıb.