Ötən il Şanxaya səfər edən turistlərin sayı artıb | Banco.az

Ötən il Şanxaya səfər edən turistlərin sayı artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin Şanxay şəhəri 2023-cü ildə əvvəlki ilə görə 73,5 faiz artımla təxminən 326 milyon turistə ev sahibliyi edib.

Banco.az xəbər verir ki, bu rəqəmin 3,64 milyonunu xaricdən gələn ziyarətçilər təşkil edib.

Çərşənbə günü bələdiyyə mədəniyyət və turizm bürosunun verdiyi məlumata görə, bu dövrdə şəhərin ümumi turizm gəliri əvvəlki illə müqayisədə 76,8 faiz artaraq 367,8 milyard yuanı (təxminən 51,8 milyard ABŞ dolları) keçib.

Qeyd edək ki, bu statistika çərşənbə günü başlayan 3-cü Şanxay Turizm İnvestisiyalarının Təşviqi Konfransında açıqlanıb.

Tədbirdə yerli rəsmilər həmçinin qeyd ediblər ki, mədəniyyət və turizm sektorunda ümumi investisiya dəyəri 117,5 milyard yuan olan 26 layihənin 2025-ci ilin sonuna kimi başa çatdırılması, istifadəyə verilməsi və ya təkmilləşdirilməsinin davam etdirilməsi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et