Ötən il Rusiyanın neft və qaz gəlirləri artıb | Banco.az

Ötən il Rusiyanın neft və qaz gəlirləri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkəsinin ötən il neft hasilatını və ixracını artırdığını bildirib.

Banco.az xəbər verir ki, nazir müavini bu barədə paytaxt Moskvada hökumət rəsmiləri ilə keçirdiyi görüşdə məlumat verib.

Rusiya neft sənayesinin 2022-ci ili "dost olmayan" ölkələrin sanksiyalarına baxmayaraq, səmərəli şəkildə başa vurduğuna diqqət çəkən Novak, "Keçən il 535 milyon ton neft hasil edilib ki, bu da 2021-ci ilə nisbətən 10 milyon ton, yəni 2 faiz artım deməkdir”, deyə fikrini əsaslandırıb.

Ötən il neft ixracının da 2021-ci ilə nəzərən 7 faiz artdığını vurğulayan nazir müavini neft və təbii qaz sektorundan büdcə gəlirlərinin 2022-ci ildə 28 faiz artaraq 2,5 trilyon rubla (təxminən 37 milyard dollar) çatdığını söyləyib.

Ən sərfəli kredit üçün müraciət et

O həmçinin Sibirin Gücü qaz kəməri ilə Çinə daşımalarda rekord vurulduğunu da xatırladıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et