Ötən il neft nəhənglərinin gəliri rekord vurub | Banco.az

Ötən il neft nəhənglərinin gəliri rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft nəhənglərinin gəliri rekord səviyyədə artım göstərib.

Banco.az xəbər verir ki, 2022-ci ildə dünyanın 8 ən böyük neft şirkətinin ümumi gəliri əvvəlki illə müqayisədə təxminən 50 faiz artaraq 2,4 trilyon dolları ötüb.

Məlum olduğu kimi, Kovid-19 pandemiyasından sonra tələb və təklif problemlərinin yarandığı və qlobal iqtisadiyyatların yüksək inflyasiya ilə mübarizə apardığı bir vaxtda başlayan Rusiya-Ukrayna müharibəsi ilə neft bazarları təlatümlü dövrə qədəm qoymuşdu.

Qərb dövlətlərinin Rusiyadan neft ixracına tətbiq etdiyi sanksiyalar, müxtəlif məhdudiyyətlər və qiymət limiti ilə dərinləşən enerji böhranı Rusiyanın əks addımlarının qlobal tədarük zəncirini pozacağına dair narahatlıqlarla kritik həddə çatdığı bir vaxtda neft qiymətlərində də kəskin bahalaşma müşahidə edilməyə başlanmışdı.

Beynəlxalq miqyasda norma kimi qəbul edilən “Brent” markalı neftin bir barelinin qiyməti ötən il martın 7-də 139 dollardan bahalaşdı və bu rəqəm 2008-ci ilin iyulundan bu yana qeydə alınan ən yüksək səviyyə kimi tarixə düşdü.

Ən sərfəli kredit üçün müraciət et

Qiymətlərin volatilliyi sektorda fəaliyyət göstərən şirkətlərin balans hesabatlarında yüksək mənfəət kimi öz əksini tapdı ki, bu dövrdə enerji nəhəngləri sərvətlərinə sərvət qatdılar. Belə ki, “ExxonMobil”, “Chevron”, “TotalEnergies”, “Royal Dutch Shell”, “bp”, “Eni”, “Equinor” və “Saudi Aramco” kimi neft nəhənglərinin gəlirləri 2022-ci ildə əvvəlki illə müqayisədə təxminən 50 faiz artaraq 2,4 trilyon dolları keçdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et