Ötən il həyatın yaşam sığortasına yatırımlar 700 milyon manatı ötüb | Banco.az

Ötən il həyatın yaşam sığortasına yatırımlar 700 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2025-ci ildə həyatın yaşam sığortası üzrə 701 milyon 3 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17% və ya 101 milyon 806 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 157 milyon 399 min manat və ya 33,2% artaraq 631 milyon 554 min manata çatıb.

Qeyd edək ki, 2024-cü ildə yaşam sığortası üzrə yığımlar 599,2 milyon manata, ödənişlər isə 474,2 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram