Ötən il həyatın yaşam sığortasına yatırımlar 124 mln. manat artıb | Banco.az

Ötən il həyatın yaşam sığortasına yatırımlar 124 mln. manat artıb

Azərbaycanda həyatın yaşam sığortasına yatırılan vəsaitlərin həcmi 45.4% artıb.

Ötən il Azərbaycanda bu sığorta növü üzrə yığılan vəsaitlərin həcmi 396 mln. 687 min manat olub. 2021-ci illə müqayisədə bu göstərici 45.4% və ya 123 mln. 762 min manat çoxdur. 2021-ci ildə 272 mln. 925 min manat sığorta yığımları toplanıb. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,3%-ə yüksəlib. Belə ki, əvvəlki bu göstərici 85.4% təşkil edirdi.

Ötən il bu sığorta üzrə ödənişlər 242 mln. 78 min manat təşkil edib ki, bu da 2021-ci ilə nisbətən 4.5% və ya 10 mln. 359 min manat çoxdur.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, həmin müddətdə yığılmış vergi və sosial sığorta ödənişlərini də sığortalıya geri qaytarılır.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram