Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda ötən il həyatın yaşam sığortası üzrə 599 milyon 197 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,7% və ya 94 milyon 205 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 181 milyon 603 min manat və ya 62,1% artaraq 474 milyon 155 min manata çatıb.
Qeyd edək ki, 2023-cü ildə yaşam sığortası üzrə yığımlar 505 milyon manata, ödənişlər isə 292,6 milyon manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!