Ötən il hava nəqliyyatı ilə sərnişin daşımaları 3%-ə yaxın artıb | Banco.az

Ötən il hava nəqliyyatı ilə sərnişin daşımaları 3%-ə yaxın artıb

Ötən il Azərbaycandan hava nəqliyyatı ilə 4162,1 min və ya əvvəlki ilə nisbətən 2,9% çox sərnişin daşınıb.

Bu barədə  Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd edilib.

    Hesabata əsasən, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

    “Bu nəqliyyat növü ilə yükdaşıma 6,6% azalaraq 391,2 min ton olub”, - hesabatda bildirilir.