Ötən il ərzində BFB-də əqdlər üzrə dövriyyə 2% artıb | Banco.az

Ötən il ərzində BFB-də əqdlər üzrə dövriyyə 2% artıb

2014-cü ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 8 mlrd. 634 mln. 112,442 min manat təşkil edib ki, bu da 2013-cü ilin göstəricisindən 1,87% çoxdur. Bu barədə BFB-nin məlumatında qeyd edilir.

Ümumi dövriyyədən əqdlərin 48,1%-i dövlət qiymətli kağızlarının payına düşür. Onların həcmi 4 mlrd. 156 mln. 582,849 min manat (azalma 41,4%), korporativ sektorda əqdlərin həcmi 4 mlrd. 477 mln. 529,593 min manat (artım 3,2 dəfə) təşkil edib.

Hesabat ilində ilkin bazarda Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların yerləşdirilmə həcmi 80 mln. 311,321 min manat (azalma 18,1%), təkrar bazarda 27 mln. 597,328 min manat (azalma 24,5%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Mərkəzi Bankın qısamüddətli notlarının ilkin bazarında yerləşdirilmə həcmi 158 mln. 54,771 min manat (azalma 47,3%), təkrar bazarda 349 mln. 810,288 min manat (artım 7,9 dəfə) təşkil edib. 2014-cü ildə repo əməliyyatları 3 mlrd. 540 mln. 809,139 min manat (azalma 46,4%) məbləğində olub.

2014-cü ildə ilkin bazarda korporativ istiqrazların yerləşdirilmə həcmi 2 mlrd. 165 mln. 184,851 min manat (artım 14,2 dəfə), təkrar bazarda 1 mlrd. 283 mln. 258,924 min manat (artım 62,2%) təşkil edib.

Hesabat dövründə birja meydançasında 1 mlrd. 9 mln. 478,762 min manat (artım 2,4 dəfə), təkrar bazarda 19 mln. 607,054 min manat (azalma 8,6%) məbləğində səhm yerləşdirilib.

interfax.az