Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda ötən il daşınmaz əmlakın icbari sığortası üzrə 78 milyon 201 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 24 milyon 222 min manat və ya 44.9% çoxdur.
Qeyd edək ki, 2023-cü ildə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 5.2 dəfə artaraq 5 milyon 726 min manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!