Ötən il azərbaycanlılar Türkiyədə 832 mənzil alıblar | Banco.az

Ötən il azərbaycanlılar Türkiyədə 832 mənzil alıblar

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan vətəndaşları 2023-cü ildə Türkiyədə 832 mənzil alıblar. Ötən il azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar. Təkcə dekabrda isə azərbaycanlıların qonşu ölkədən aldıqları mənzil sayı 52 ədəd olub. 

Banco.az xəbər verir ki, Türkiyədə ötən il xaricilərə mənzil satışları 2022-ci ilin eyni dövrü ilə müqayisədə 48,1% azalaraq 35,5 minə enib.

Məlumata görə, ötən il Rusiya Federasiyası vətəndaşları Türkiyədən 10 560 ev (1-ci) alıb. İran vətəndaşlarını 4 272 mənzil (2-ci), İraq vətəndaşları isə 1 917 mənzil (3-cü) alıblar. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram