Ötən il Azərbaycanın pomidor ixracından qazancı 13 mln. dollar artıb | Banco.az

Ötən il Azərbaycanın pomidor ixracından qazancı 13 mln. dollar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2024-cü ildə 175 milyon 430 min dollar dəyərində 145 min 603 ton pomidor ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 8,3% və ya 13 milyon 447 min dollar, miqdar baxımından isə 5 min 16 ton və ya 3,6% çoxdur. 

2023-cü ildə ixrac edilən pomidorun miqdarı 140 min 587 tona, dəyəri isə 161 milyon 983 min dollara bərabər idi. 

Qeyd edək ki, ötən il pomidorun ümumi ixracda xüsusi çəkisi 0,66%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 5,23%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram