Ötən il Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2.2 mlrd. manata yaxın olub | Banco.az

Ötən il Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 2.2 mlrd. manata yaxın olub

Ötən il Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2 milyard 194 milyon manat əməliyyat aparılıb.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci illə müqayisədə 1.8% çoxdur.

Xatırladaq ki, ötən ilin dekabr ayında 202.8 milyon manat dəyərində əməliyyat aparılıb ki, bu da əvvəlki ilin dekabr ayı ilə müqayisədə 6.5% çoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et