Ötən il Azərbaycanda sement və asfalt istehsalı artıb | Banco.az

Ötən il Azərbaycanda sement və asfalt istehsalı artıb

2018-ci ildə Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 26,3% artaraq 632,3 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2018-ci il ərzində ölkədə 3 444,8 min ton sement istehsal edilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 12,3% çoxdur.

2018-ci ildə ölkədə 290,2 min ton asfalt istehsal edilib ki, bu da 2017-ci ilin göstəriciləri ilə müqayisədə 2 dəfə çoxdur.

2018-ci il ərzində tikinti kərpicinin istehsalı 14,9% artaraq 343,5 min kubmetr təşkil edib. Ötən il ərzində şüşə lifindən iplik istehsalı 54,4% azalaraq 390,8 ton olub.

Tikinti gipsinin istehsalı 51,1% azalaraq 40,8 min ton olub. 2018-ci il ərzində Azərbaycanda tikinti əhənginin istehsalı 3,4% artaraq 30,8 ton təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,4 ton olmaqla 2017-ci ilin nəticələri ilə müqayisədə 22,8% azalıb.

2018-ci ildə ölkədə betondan yığma tikinti konstruksiyalarının istehsalı da 36,3% azalaraq 108 min kubmetr təşkil edib.

Hesabat dövründə hörmə üçün hazır beton qarışığının istehsalı 78,6% artaraq 1 408,2 min ton təşkil edib. Bu müddət ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 49,8% artaraq 33 728,5 ton təşkil edib. 

Report.az