Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin dördüncü rübünün nəticələrinə görə, avrozona ölkələrinin ümumi daxili məhsulu (ÜDM) illik ifadədə 1,9% artıb.
Banco.az xəbər verir ki, məlumata görə, Avrozonanın 20 ölkəsinin ÜDM-i dördüncü rübdə illik ifadədə 1,9% artıb və rüblük olaraq isə dəyişməyib. Üçüncü rübdə iqtisadi artım illik hesablamada 2,5%, rüblük əsasda isə 0,4% təşkil edib. Bununla yanaşı, ötən ilin dördüncü rübündə avrozonanın ÜDM-i bu dövrdə illik müqayisədə cəmi 1,7% böyüyən Avropa İttifaqı (Aİ) iqtisadiyyatından daha sürətli artım nümayiş etdirib. Eyni zamanda müvafiq göstəricidə əvvəlki rüblə müqayisədə 0,1% azalma qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!