Ötən il Aİ ölkələrində elektrik və qaz qiymətləri rekord qırıb | Banco.az

Ötən il Aİ ölkələrində elektrik və qaz qiymətləri rekord qırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ilin ikinci yarısında Avropa İttifaqı (Aİ) ölkələrində yaşayış evlərində 100 kilovat-saat elektrik enerjisinə görə ödənilən orta məbləğ 28,4 avro ilə rekord qırıb.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) 2022-ci ilin ikinci yarısında Aİ-yə üzv ölkələrdə yaşayış binalarında istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib.

Buradan aydın olub ki, Aİ ölkələrində 2021-ci ilin ikinci yarısında 100 kilovat-saat elektrik enerjisinə görə 23,5 avro ödənildiyi halda, 2022-ci ilin ikinci yarısında bu rəqəm 28,4 avroya çatıb.

Aİ-yə üzv ölkələr arasında ən ucuz elektrik enerjisi Macarıstanda satılıb. Macarıstanda 100 kilovat-saat elektrik enerjisinə görə 10,8 avro ödənilib ki, ikinci yerdə 11,5 avro ilə Bolqarıstan, 12,8 avro ilə Malta, 13,5 avro ilə Hollandiya gəlir.

Aİ-yə üzv ölkələr arasında elektrik enerjisinə ən çox pul ödəyən ölkə isə Danimarka olub. Danimarkada ev təsərrüfatları 100 kilovat-saat elektrik enerjisinə görə 58,7 avro ödəyiblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram