Ötən ay Türkiyəyə səfər edən turistlərin sayında rekord qeydə alınıb | Banco.az

Ötən ay Türkiyəyə səfər edən turistlərin sayında rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay Türkiyəyə 7 milyon 333 min 812 min xarici turist səfər edib.

Banco.az xəbər verir ki, iyul ayı Türkiyədə turistlərin rekord sayının qeydə alındığı ay olub.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iyul ayında Türkiyəyə səfər edən xarici ziyarətçilərin sayı illik müqayisədə 2,6 faiz artaraq 7,33 milyon nəfərə çatıb.

Yanvar-iyul dövründə isə xarici ziyarətçilərin sayı 8,27 faiz artaraq 29 milyon nəfər hesablanıb.

Məlumatlar göstərir ki, iyulda Türkiyəyə ən çox ziyarətçi göndərən ölkə 1,04 milyon nəfərlə Almaniya olub. İkinci yerdə 922 min 294 nəfərlə Rusiya, üçüncü yerdə isə 660 min 906 nəfərlə İngiltərə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et