Ötən ay Türkiyədə inflyasiya azalıb | Banco.az

Ötən ay Türkiyədə inflyasiya azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyədə oktyabr ayında aylıq inflyasiya 2,88 faiz təşkil edib.

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

Buna görə, oktyabrda ölkədə aylıq inflyasiya 2,88 faiz, illik inflyasiya 48,58 faiz olaraq qeydə alınıb.

Ekspertlərin proqnozu aylıq inflyasiyanın 2,5 faiz, illik inflyasiyanın isə 48 faiz olacağı istiqamətində idi.

Sözügedən dövrdə baza inflyasiya illik müqayisədə 47,75 faiz hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sentyabrda aylıq inflyasiya 2,97 faiz olduğu halda, illik inflyasiya 49,38 faiz təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram