Ötən ay qlobal ərzaq qiymətləri bahalaşıb | Banco.az

Ötən ay qlobal ərzaq qiymətləri bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FAO: Qlobal ərzaq qiymətləri ötən ay illik müqayisədə ucuzlaşıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq mallarının qlobal qiymətləri üzrə aylıq dəyişiklikləri izləyən Ərzaq Qiymətləri İndeksinin iyul göstəricilərini açıqlayıb.

Məlumatlar göstərir ki, indeks iyul ayında əvvəlki ayla müqayisədə 1,3 faiz bəndi artaraq 123,9 punkta yüksəlib. 

Bununla belə, indeksin illik dinamikası isə 11,8 faiz bəndi geriləməyə işarə edir.

Qeyd edək ki, ötən ay ərzaq qiymətlərinin bahalaşmasında Qara Dəniz Taxıl Təşəbbüsünün sona çatması və düyü ixracı ilə bağlı məhdudiyyətlər mühüm rol oynayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram