Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar ayında Azərbaycanda elektron bankçılıq üzrə aparılan əməliyyatların həcmini açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, yanvarda ölkədə internet bankçılıq üzrə 18 milyard 306 milyon manat həcmində 1 milyon 485 min əməliyyat aparılıb.
Bu, illik müqayisədə müvafiq olaraq 9,3% çox və 8,4% azdır.
Yanvarda mobil bankçılıq üzrə aparılmış əməliyyatların sayı 2,5 dəfə artaraq 37 milyon 141 min manata, həcmi isə 2,6 dəfə artaraq 5 milyard 274 milyon manata çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!