Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin ixracı gözlənildiyindən daha çox azalıb.
Banco.az xəbər verir ki, Çin hökuməti tərəfindən yayılan rəsmi məlumatlara görə, ölkənin ixracı ötən ay gözləniləndən çox azalıb.
Belə ki, ixrac ABŞ dolları ilə ifadədə illik 7,5 faiz azalaraq iqtisadçıların 0,4 faizlik proqnozlarını üstələyib. İdxal isə illik 4,5 faiz azalıb ki, bu baxımdan proqnozlar da 8 faizlik azalmanı göstərirdi.
Bununla da, Çinin xarici ticarət kəsiri gözləniləndən aşağı düşüb və 65,81 milyard dollar təşkil edib.
Bu xəbərdən sonra Çin yuanı zəifləyib və ABŞ dollarına qarşı 7,1190 səviyyəsində ticarət olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!