Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin böyük şəhərlərində mənzil qiymətlərindəki ucuzlaşma ötən ay əvvəlki ayla müqayisədə azalıb.
Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun cümə günü verdiyi yazılı açıqlamaya görə, dörd birinci səviyyəli şəhərdə - Pekin, Şanxay, Quançjou və Şençjendə yeni mənzillərin qiyməti fevral ayında əvvəlki ayla müqayisədə 0,3 faiz nisbətində cüzi azalma göstərib.
İkinci əl mənzil qiymətləri isə əvvəlki ayla müqayisədə birinci dərəcəli şəhərlərdə 0,8 faiz, ikinci dərəcəli şəhərlərdə 0,8 faiz, üçüncü dərəcəli şəhərlərdə isə 0,6 faiz azalıb.
Qeyd edək ki, 70 iri və orta şəhərlərdə bazanın yüksək olması səbəbindən ötən ilə nəzərən ümumi qiymət azalması müşahidə olunub. Yeni evlərin qiymətləri birinci dərəcəli şəhərlərdə 1 faiz, ikinci dərəcəli şəhərlərdə 1,1 faiz, üçüncü dərəcəli şəhərlərdə isə 2,7 faiz azalıb.
Məlumata görə, ikinci əl mənzillərin qiymətlərində isə ucuzlaşma birinci dərəcəli şəhərlərdə 6,3 faiz, ikinci və üçüncü dərəcəli şəhərlərdə isə 5,1 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!