Ötən ay bəzi banklar depozitləri ucuzlaşdırıb - ARAŞDIRMA | Banco.az

Ötən ay bəzi banklar depozitləri ucuzlaşdırıb - ARAŞDIRMA

2019-cu ilin oktyabr ayında Azərbaycanda fəaliyyət göstərən 4 bankda milli və xarici valyutada əhalidən cəlb edilən əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılıb.

Manatla qəbul olunan depozitlərin faiz dərəcələri “Bank Respublika”da 8,50-9,00%-dən 8,00-8,50%-ə, “Expressbank”da 8,50-9,00%-dən 8,00-8,50%-ə, “Yapı Kredi Bank”da 6,00%-dən 5,50%-ə salınıb. Sonuncu həm də avro əmanətləri üzrə faiz dərəcəsini 0,25%-dən 0,10%-ə endirib.

Dollarla cəlb edilən əmanətlər üzrə faiz dərəcələri “Bank Respublika”da 1,00-1,50%-dən 0,80-1,00%-ə, “Unibank”da 1,00-1,50%-dən 0,80-1,20%-ə, “Expressbank”da 1,00-1,50%-dən 0,50-1,00%-ə düşürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütövlükdə banklar milli valyutada olan əmanətləri 4,00-12,50% diapozonunda qəbul edir. Ən yüksək faizi "NBC Bank", ən aşağı – “Naxçıvan Bank” təklif edir.

Banklar dollar əmanətlərini 0,25-3,00%-lə cəlb edirlər. Bu valyutada olan əmanətlər üzrə ən yüksək faiz dərəcəsi “Bank BTB”, "NBC Bank" və "Nikoil Bank"dadır.

Avro əmanətləri üzrə faiz dərəcələri 0,10-3,00% civarında dəyişir. Ən yüksək faiz dərəcəsini "NBC Bank" təklif edir.

Məlumatların toplanmasında əsas kriteriya kimi əmanətlərin 1 il müddətinə qəbul olunması, məbləğə olan minimal tələbin yuxarı həddinin 1 000 manatı aşmaması götürülüb. Bu baxımdan araşdırmaya "Paşa Bank" (minimum məbləğ 20 000 AZN), "Premium Bank" (20 000 AZN) və "Melli İran Bankı"nın Bakı fillialı (5 000 AZN) daxil edilməyib. "Pakistan Milli Bankı"nın Bakı filialının depozit qəbul etməsi haqda isə heç bir məlumat yoxdur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et