Ötən ay Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb | Banco.az

Ötən ay Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb

Ötən ay Bakıda kirayə mənzillərin qiyməti ucuzlaşıb.

Bu barədə “MBA Consulting Group” şirkətindən məlumat verilib.

Belə ki, 2021-ci ilin dekabr ayında Bakıda kirayə mənzillərin bir kvadratmetrinin qiymətində 3,35 faiz ucuzlaşma müşahidə edilib.

Kirayə mənzillərin bir kvadratmetrinin qiyməti 7,79 manat təşkil edib.

Ucuz mənzillərin orta kirayə qiyməti 406 manat, orta qiymətə olan mənzillərin kirayə qiyməti 702 manat, bahalı mənzillərin orta kirayə qiyməti isə 1460 manat təşkil edib.

trend.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et