Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada illik inflyasiya fevralda 2,4 faizə düşüb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avrozonanın fevral ayına dair ilkin inflyasiya göstəricilərini açıqlayıb.
Buna görə, Avrozonada yanvarda 2,5% olan illik İstehlak Qiymətləri İndeksi (İQİ) fevralda 2,4%-ə enib. Fevral ayında İQİ aylıq əsasda isə 0,5% artıb.
Bazar gözləntiləri fevralda illik inflyasiyanın 2,3% olacağı istiqamətində idi.
Avrozonada fevral ayında əsas inflyasiya isə illik 2,6% səviyyəsində qeydə alınıb.
İnflyasiyanın əsas komponentlərinə baxıldıqda, ən yüksək qiymət artımı 3,7% ilə xidmət sektorunda olub. Bunu 2,7% ilə ərzaq, alkoqol və tütün məhsulları, 0,6% ilə enerji xarici sənaye məhsulları və 0,2% ilə enerji məhsulları izləyib.
Fevral ayında inflyasiya Estoniyada 5%, Xorvatiyada 4,7%, Belçikada 4,4% və Slovakiyada 4% təşkil edib.
İllik inflyasiya İspaniyada 2,9%, Almaniyada 2,8%, İtaliyada 1,7% və Fransada 0,9% səviyyəsində olub.
Digər tərəfdən, Avropa Mərkəzi Bankı (ECB) inflyasiyanın orta müddətdə 2% səviyyəsində olmasını hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!