Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb | Banco.az

Ötən ay 65 min avtomobil icbari qaydada sığortalanıb

Bu ilin noyabr ayında İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 64 961 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən verilən məlumata görə, standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,2 milyon manatdan çox olub.

Ən sərfəli kredit üçün müraciət et

2015-ci ilin noyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 12,1%, sığorta haqlarının məbləğində isə 14,5% azalma baş verib. Orta sığorta haqqı illik müqayisədə 2,5% azalaraq 80,3 manat təşkil edib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et