Ötən 7 ayda Azərbaycanın qarğıdalı idxalı artıb | Banco.az

Ötən 7 ayda Azərbaycanın qarğıdalı idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2024-cü ilin yanvar-iyul aylarında 19 milyon 600 min ABŞ dolları dəyərində 63 min 665 ton qarğıdalı idxal edilib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən qarğıdalının dəyəri 857 min dollar və ya 4,6%, həcmi isə 1,03% artıb. 

Məlumata görə, ötən 7 ayda qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,18%-nə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et