Tamara Mustafayeva, Banco.az
Avropanın ən böyük 20 bankının yarısı ötən iki il ərzində CEO-larını (İdarə Heyətinin Sədri) dəyişib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin bankçılıq nəhəngi "Barclays" 2019-cu ildən bəri CEO-sunu dəyişən 10-cu bank olub.
Bazar ertəsi sözügedən bankın CEO-su Ces Staleyin gözlənilmədən istefaya getməsindən sonra Avropanın digər bankçılıq nəhəngləri "UniCredit SpA", "Danske Bank A/S" və "Commerzbank AG"nin də idarə heyəti rəhbərliyində dəyişikliklər gözlənilir.
Xatırladaq ki, Avropanın aparıcı 20 bankının yarısında bu vəzifəni icra edən bankirlər orta hesabla 6,5 ildən çox, digər yarısında isə 2 ildən azdır ki, fəaliyyət göstərirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!